Wyndham Garden Baku otelinin otaqları və suitləri rahatlıq və müasir üslubu birləşdirərək hər bir qonağın dincəlməsi üçün ideal şərait yaradır. Geniş otaqlar zövqlü interyeri, rahat çarpayıları, Wi-Fi, Smart TV və tam təchiz olunmuş iş masası ilə təmin olunub. Suit otaqlar isə ayrıca qonaq zonası, yüksək keyfiyyətli mebellər və şəhərə açılan gözoxşayan mənzərə ilə daha yüksək komfort səviyyəsi təklif edir.
Otaqlarımızda gündəlik komfortunuz üçün lazım olan bütün şərait mövcuddur ki, özünüzü evdən uzaqda belə evinizdəki kimi hiss edəsiniz.
Standart iki nəfərlik rahat otaq və mükəmməl şərait təklif edir. Otaqda iki ayrı tək çarpayı mövcuddur.
Bu, yüksək mərtəbədə yerləşən və həm yataq otağından, həm də qonaq otağından möhtəşəm mənzərələr təqdim edən ən böyük otağımızdır. Geniş vanna otağında standart imkanlarla yanaşı, cakuzi də mövcuddur.
Wyndham Garden Baku hotelinin Superior otaqları standart otaqlardan daha genişdir və həm ailələr, həm də işgüzar səyyahlar üçün ideal seçimdir.
Junior Suite geniş və modern bir istirahət məkanıdır. Səyahətinizin məqsədindən asılı olmayaraq bu otaq komfortlu və unudulmaz istirahət üçün gözəl seçimdir.
Deluxe Suite otaqları Wyndham Garden Baku-nun ən yüksək kateqoriyalı otaqları arasındadır. Müasir interyer dizaynı rahatlıq hissi yaradır. Otaq həm istirahət, həm də işgüzar səfərlər üçün mükəmməl seçimdir.
Wyndham Garden Baku hotelində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi təchiz edilmiş otaqlar mövcuddur. Bu otaqların dizaynı hər kəsin rahatlığını təmin etmək məqsədi daşıyır.