Wyndham Garden Baku hoteli müxtəlif seçimlər təklif edir. Magnolia restoranı milli və Avropa mətbəxi ilə qonaqları qarşılayır, Lobby Bar 24/7 premium içkilər və yüngül qəlyanaltılar təqdim edir, Vitamin Bar isə təzə və sağlam içkilərlə təklif edir. Bir sözlə, təqdim etdiyimiz təamların dad zənginliyinə heyran qalacaqsız.
Wyndham Garden Baku hotelində yerləşən Magnolia restoranı, milli və Avropa mətbəxinin mükəmməl birləşməsini təqdim edərək incə və zövqlü bir kulinariya təcrübəsi yaşadır. Rahat atmosferi ilə iş görüşləri, romantik şam yeməkləri və ailəvi toplantılar üçün ideal məkandır.
Lobbinin içində, resepsiyanın yaxınlığında yerləşir. Yanında iclas otağı və biznes mərkəzi olduğu üçün həm işgüzar, həm də şəxsi görüşləriniz üçün ideal məkandır. Müasir klassik dizaynı ilə rahatlıq bəxş edən bu məkanda xüsusi hazırlanmış içkilər, geniş şərab seçimi və özünəməxsus À la carte menyusu təqdim olunur.
SPA, hovuz və fitnes imkanlarının tam mərkəzində yerləşərək, istirahət və bərpa prosesini davam etdirmək üçün mükəmməl bir məkandır. Qonaqlarımıza sağlam qidalar və müxtəlif qidalı kokteyllər və içkilər təqdim edirik.